Emil Azizovshared an impression6 years ago

Bu gün böyük hәvәslә vә maraq içәrisindә oxuyub bitirdiyim Aqata Kristinin " On zənci balası " kitabı haqqında yazacam. Kitabın ilk nəşrində adı Ten little niggers olaraq qeyd edilmişdir.Yəni, on balaca zənci. Daha sonralar bu adın irqçiliyə yol açdığı düşünüldü və adı “And Then There Were None” (və sonra heçkim qalmadı) olaraq dəyişdirildi. Son illərdə isə bir çox ölkələrdə ilk adı ilə adlandırılır. "On zәnci balası" - dedektiv janrda yazılıb, daha әvvәl oxuyan insanlardan kitabın çox maraqlı olduğunu eşitmişdim. Roman “Qatil kimdir” sualının ən uğurlu şəkilə ifadə edildiyi əsərdir. Əsər bir-biriylə əlaqəsi sadəcə kiminsə ölümündə payı olmaqdan ibarət olan 10 nəfərin müxtəlif səbəblər və fərqli formada dəvətlər əsasında " Zəncilər adası "-na gəlməsi ilə başlayır. Adaya çatdığlarında heçkimin tanımadığı ev sahibinin ortalıqda olmadığı aydınlaşır. Romanda ən çox sevdiyim cəhətsə zənci fiqurlarıdı.Bu fiqurlar kitaba ayrı bir həyəcan qatır. Kitabın son səhifəsinə qədər nə baş verdiyini anlamaq mümkün deyil. Yemək stolunun üstündə olan 10 zənci fiqurdan birinin hər ölümlə birlikdə yoxa çıxması məhz bu şeirə əsasən həyata keçirilir:

On zənci balası nahara getdi,
Birisi boğuldu, aradan itdi.

Doqquz zənci balası çox yedilər,
Birisi yuxudan durmadı səhər.

Səkkiz zənci balası Devona qaçdı,
Biri qayıtmadı, qayadan uçdu.

Yeddi zənci balası odun doğradı,
Balta kəsdi birini, altısı qaldı.

Altı zənci balası gəzməyə çıxdı,
Birini arı sancıb tez göyə qalxdı.

Beş zənci balası məhkəmə qurdu,
Biri cəzalandı və qaldı dördü.

Dörd zənci balası dənizdə çimdi,
Biri tora düşdü, bilmədi kimdi.

Üç zənci balası heyvanxanada,
Birini ayı yedi, düşmədi yada.

İki zənci balası gündə uzandı,
Birini gün yandırdı, bircəsi qaldı.

Son zənci balası yoruldu nəsə,
Gedib özünü asdı, qalmadı kimsə...

  • unavailable
    • neriman4 years ago

      Bisey sorucum aboneliyi harden edirik

      Elmira Qarayeva4 years ago

      Hemin eserin kinosu da maraqlldlr.

    Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)