Emil Azizovshared an impression6 years ago

Bu gün Fyodor Dostoyevskinin " Ölü evdən qeydlər " əsərini oxuyub bitirdim. Yazardan oxuduğum 2-ci kitab oldu mənimçün. Kitab digər kitablarına nəzərən mövzusu etibarilə çox da axıcı deyildi. Əsərin hər bir səhifəsində insanları düşünməyə, olub keçənləri xatırlamağa, baş verənlərə bir başqa tərəfdən baxmağa vadar edirdi. Əsərin baş qəhrəmanı Aleksandr Petroviç Qoryançikovdur. O , arvadını öldürmək səbəbi ilə girdiyi həbsdə " yaxşı " və " pis "-lərin sürətlə dəyişməsini, xüsusilə həbsxanadakı insanları müşahidə edib onların xüsusiyyətlərini, çəkdiyi çətinlikləri, ağrıları, yatdığı taxta yatağı, yediyi kələm şorbasına qədər hər şeyi qeyd edir.

  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)