Rüzgar Mövsümshared an impression8 years ago

Bəşər tarixin müxtəlif dövrlərində müharibələrdən, irqi, milli, siyasi və dini təqiblərdən, soyqırımlardan usanmış, üzülmüş məzlum insanların, həyatın, daha doğrusu isə elə insanların mundarlıqlarından iyrənmiş ümidsiz insanların dadına çatan, onların halına yanan dahi yazıçılar olub. Bu yazıçılar təkrarolunmaz istedadları ilə məzlum insanlara təsginlik verən, gördükləri zülmlərdən sonra onların həyatda istiqamətləndirilməsinə böyük dayaq olan ölməz əsərlər yaradıblar.

Bu yazıçılardan biri mənim sevdiyim Mixail Bulqakovdur. Bu gün onun sehrli “Master və Marqarita” romanından qısaca danışmaq və sizə bu əsəri oxumağı məsləhət görmək istəyirəm. Şablon səslənsə də, demək sitəyirəm ki, kitabın özü Rusiyanın bu romanın motivləri əsasında çəkdiyi serialdan qat-qat maraqlıdır. Sətiraltı mənalarla doludur. Düzdür kino pis çəkilməyib, amma hər zaman olduğu kimi kitab başqa aləmdir. Kitabda təxəyyül və təsəvvürün hüdudları olmur.

20-30 cu illərin Moskvasında iblisin gəlməsiyə başlayan biri-birindən qəribə, mistika dolu hadisələrin fonunda əsasən yaxşılıqla pisliyin, insanın içindəki mələklə şeytanın mübarizəsi təcəssüm olunur. Əsərin süjeti dəyişkəndir, zamana səyahət edir. Biz gah 20 ci illərə, gah da İsa peyğəmərin dövrünə gedirik. Romanda həm də o dövrün “şeytanları”nın və “mələk”lərinin prototiplərini tapmaq olar. Əsər çox maraqlıdır.

Bir sözlə oxumayanlara bu kitabı oxumağı məsləhət görürəm. Ən azından ona görıə ki, kitab oxumağın özü əvəzzis bir hissdir.

  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)