Emil Azizovshared an impression6 years ago

- Alber Kamü " Yad "

1942-ci ildə Parisdə tamamladığı " Yad " ona dünya şöhrəti gətirmişdi. O, əsərdə insanın tədricən yadlaşmasının, özgələşməsinin fəlsəfi-psixoloji mexanizmini göstərməyə çalışmışdı. Əsərdə onun həyata baxışı və düşüncələrini görmək daha rahatdır. Çünki, əsərin qəhramanı Cənab Merso hətta öz-özünə yadlaşıb, ölümünə qədər baş verən prosesləri kənardan izləyir. Kamü özü də bəzən uzun-uzun intiharı düşündüyünü, lakin, həyatın yaşamağa dəyər olduğunu vurğulayırdı. Qısa bir roman olmasına baxmayaraq, insanlara çox dərin təsir göstərən bir kitabdır. Laqeyd bir insanın, həyatına, qadınına, yaşamına, hətta anasına olan düşüncələri kitabda əks olunub. Mətn belə başlayır:

“ Bu gün anam ölüb. Bəlkə dünən olub bu, xəbərim yoxdu. Qocalar evindən teleqram gəlmişdi: “Anan vəfat etdi. Dəfn sabahdır. Hüznlə başsağlığı veririk”. Bilmək olmaz. Bəlkə, deyirəm, dünən ölüb. " Anamı əlbəttə çox sevərdim; amma bu bir şey ifadə etmirdi. O, anasının cənazəsində kədərli olduğunu iddia etməyə çalışmır, sevdiyi qıza duyğularını yalançı hesab etmir və beləliklə cəmiyyət onu yad bir insan kimi görür və onu rədd edir. Yazıçının fikrincə vicdanlı olmaq istəyən bir insan həmişə cəmiyyət üçün kənarda durur. Müəllif onu tənqid etmir, ancaq oxucuya onun gözləri ilə dünyaya baxmağa təklif edir.

  • unavailable
    Alber Kamyu
    Yad
    • 874
    • 121
    • 28
    • 37
    az
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)