ahmedoffelvin99361shared an impression7 years ago
👍Worth reading
🔮Hidden Depths
💡Learnt A Lot

Çox təsirləndim,Stefan Zveyqin "Sabırsız Yürek" romanını oxuyandan sonra inanmırdım ondan daha təsirli bir roman qabağıma çıxsın.Həqiqətən başqa bir dünya imiş.İçərisində həyatın hər anına dair epizodlarla qarşılaşdım.1979-cu il İslam İnqilabından əvvəl və sonrakı ictimai-siyasi vəziyyətə də işıq tutmuşdu.Diqqətimi cəlb edən əsas məqam insanın mənəvi dünyasını,insanlara və özünə qarşı münasibətini belə ustalıqla təsvir etməyi idi.Məncə buna görə Dosteyevskinin əsərlərindən geri qalmır,hətda bir çoxunu belə üstələyir.Kitabın sonuna doğru qaranlıq qalan o idi ki,Səid evlilik zamanı çıxsaydı görəsən nə edərdi Məsumə?ancaq sondakı davranışı yazılmamış hissəni mənə aydın etdi.Mən əminliklə deyə bilərəm ki bu romanda mənə aid çox şey var idi,verdiyim qərarlarımın doğruluğuna bir daha əmin oldum,eyni zamanda da həyata dair çox ama çox şey öyrəndim.Başlıca nəticəm insanın necə böyük hərisliklə dəyərlərinə qiymət verdiyi,hətda buna görə xoşbəxtliyi özünə və başqalarına çox görə bildiyi idi.Uşaqlarının etdiyi,ərinin Məsuməyə etdiyi,qardaşlarının ona etdiyi bunun ən gözəl nümunəsiydi.Naqislik,nadanlıq,eqoist davranış və düşüncələr insan xislətinin ayrılmaz bir parçasıdı.Anası üçün belə keçilə bilməyəcək qədər ayrılmaz bir parçası...Və qadının kişidən nə qədər güclü olduğuna şahid oldum...
OXUYUN.

  • unavailable
    • b56752150652 years ago

      Mən bilmirəm bokmate tədbiqinə necə girirlər

      inarmina5 years ago

      Qadin her ne qeder guclu olur olsun,her zaman heyatinda ona dayaq olacaq bir insan axtarir qelbinin derinliklerinde.

      İmaməliyev Əfqan5 years ago

      Bəli, çox gözəl əsərdir. Ancaq Məsumə gərək sonda Səidin təklifini rədd etməyə idi, yəni ən azından bir dəfə özü üçün yaşamalı idi. Həyat ona bu şansı vermişdi, ancaq o istifadə etmədi. Daha doğrusu, yazıçı-Pərinuş Sənii sonluğu belə gətirsə idi, daha yaxşı olardı.

    Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)