Misir Məmmədlishared an impression7 years ago

O, dili dolaşa-dolaşa, qırıq-qırıq donquldandı:
- Hə də... Əlbəttə... Başqalarının işi... Bu həqiqətdir...
Sonra onun dilindən özünün də gözləmədiyi, əvvəl deyilənlərlə heç bir əlaqəsi olmayan bir söz çıxdı.
- Vaxt itirmədən, hansı olursa-olsun, bir dibçək gülü almaq lazımdır. - Özü də dediyinə mat qaldı, amma qadının sifəti daha təəccüblü idi və o, artıq geri çəkilə bilməzdi. - Ətraf ölüdür, göz də nəyəsə baxıb dincəlməlidir...
Qadın həyəcanla cavab verdi:
- Bəlkə şam ağacı?..
- Şam... Yox, mən şamı xoşlamıram... Nə isə, fərqi yoxdur, lap adi ot da olar... Burun tərəfdə onlardan çox bitir, nədir onun adı?
- Tüklücədir deyəsən. Amma hər halda balaca ağac daha yaxşıdır, hə?
- Əgər ağac alsaq, onda ya ağcaqayın, ya da nazik budaqlı, iri yarpaqlı pavloniy... Qoy külək onları yellətsin...
Yellənsinlər...Dalğalanan yarpaq salxımları. Qaçmaq istəsələr, qaça bilməyəcəklər - gövdəyə möhkəm bitişiblər...
Birdən naməlum bir səbəbdən qırıq-qırıq nəfəs almağa başladı. Az qalmışdlı ki, hönkürsün. Cəld üstünə muncuq səpələnmiş torpaq döşəməyə əyilib, naqolay hərəkətlərlə qumda eşələnməyə başladı.
Qadın tələsik qalxdı.
- Eybi yox, eybi yox. Mən özüm... Hamısıı ələkdən keçirərəm.

30

  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)