M.Antolini- O uçurum ki sən ona doğru gedirsən, çox qorxunc və çox dəhşətli bir uçurumdur.Oraya düşən adam heç vaxt gedib dibinə çatmır. Bütün ömrü boyu üzüaşağı yuvarlana-yuvarlana qalır. Bilirsən, o adamlar ki ömür-günün hansı bir anındasa içində yaşadıqları adi mühitdə mümkünsüz bir şey axtarmağa başlayırlar, onların hamısının aqibəti bu cür olur.Daha doğrusu, onlar elə fikirləşirlər ki, yaşadıqları mühitdə özləri üçün yararlı olan heç nə tapa bilməyəcəklər.Ona görə ruhdan düşürlər.Hətta heç axtarmağa başlamamışdan əvvəl ruhdan düşürlər.Tuta bilirsən mənim fikrimi?