Gulshan Jabihas quoted8 years ago
Təkliflərimiz:
1. Bütün dərslər üçün proqram tərtib edilməli və ümumiyyətlə, məktəb olduqca müəyyən bir hədəfə doğru yönəldilməlidir.
2. Dərslərin tərcümə işləri müntəzəm yoluna salınmalıdır.
3. Keçilmiş dərsləri türkcə hazırlamaq imkanı verəcək dərs kitablarını hazırlatdırmağa çalışılmalıdır.
4. Deklamasiya dərsləri üçün, bu cəhətcə az-çox bacarıqlı adamlardan bir heyət düzəltməli, rus və başqa dillər üçün olan kitablardan istifadə elədiyimizə uyğun bir üsul yaradılması həmin heyətə tapşırılmalıdır.
5. Məktəb üçün dərs aparmaq imkanı verəcək bir mənzil tapılmalıdır. Bundan başqa məktəbdə dərslər praktik bir əsas üzrə qurulmalı, hər 10-15 gündə keçdiyi dərsləri açıq səhnələrdə nümayiş etdirməlidir.
Buna görə məktəb üçün mükəmməl təchiz edilmiş xırda bir səhnə ayrılmalıdır. Məktəbə bugünkü Tənqid-Təbliğ Teatrı səhnəsindən istifadə imkanı verilərsə, çox gözəl olar.
6. Mümkün qədər bütün qəzalardan yeni müdavimlər cəlbinə və gələnlər üçün az-çox yaşaya biləcək bir mənzil tapılmasına və ümumiyyətlə, məişətlərinin mümkün qədər yaxşılaşmasına çalışmalıdır.
7. Müəllimlər heyəti gözdən keçirilməli, qurulacaq məramnamə üzrə artıq dərslər çıxarılmalı, çatışmayan dərslər üçün lazımi tədris qüvvələri cəlb edilməlidir.
8. Məktəb ilə Dövlət Darülmusiqi arasında bir kontakt düzəltməyə çalışmalıdır. Xüsusilə, opera şöbəsinin səhnə texnikası cəhətini məktəb, musiqi cəhətini isə Darülmusiqi təmin edə bilər.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)