Vusala Mammadovahas quoted8 years ago
Qaydalar dəyişməz qalır. Zahirən siz vicdanlı oyuna hörmət etməlisiniz, ancaq əməldə, əgər siz tamamilə sadəlövh deyilsinizsə, haqq-hesab çəkməyi və ehtiyatlı olmağı çox tez öyrənir və Napoleonun məsləhət etdiyi kimi – dəmir ələ məxmər əlcək taxaraq hərəkət edirsiniz. Əgər siz, qədim dövrlərin saray əyanları kimi, altdan-altdan iş görmək sənətini mənimsəyə, məftun etməyi, lətafətləndirməyi, intriqalar toxumağı və rəqiblərinizi barmağınıza dolamağı öyrənə biləcəksinizsə, onda hakimiyyətin ən yüksək zirvələrinə çatacaqsınız. Siz insanları iradənizə elə tabe etdirəcəksiniz ki, bunun necə baş verdiyi onların heç nəzərlərinə də çarpmayacaq. Sizin nə etdiyinizi başa düşməyəcəklərsə, onlar heç bir vəchlə sizə qarşı dura və müqavimət göstərə bilməyəcəklər.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)