Vusala Mammadovahas quoted8 years ago
Çox vaxt kitabdan qurtulmaq onu əldə eləməkdən daha çətindi. Kitablar bizə yapışır, zərurət və unudulma haqda müqavilə əsasında. Sanki onlar həyatımızda hansısa geridönməz anın şahidi olublar. Amma kitablar mövcud olduqca bizə elə gəlir ki, bu anları hələ də yaşayırıq. Çox adamın mütaliə tarixini – gün, ay və ili necə qeyd elədiyini görmüşəm. Təqvimdə açıq-aşkar görünən qeyd. Bəziləri ilk səhifəyə öz adlarını həkk eləyir və kitabı oxumaq üçün başqasına verməzdən qabaq alıcının adını, verilmə tarixini gündəliyə yazırlar. Mən hətta möhürlənmiş cildlər görmüşəm, ictimai kitabxanalardakı kimi, eyni zamanda sahibinin kiçik vizit-kartı səliqəylə ortasına qoyulan cildləri də. Heç kim kitabı itirmək istəmir. Ondansa qoy üzük, saat, çətir itsin. Səhifələrini artıq çevirə bilməyəcəyimiz, amma adını söyləyərkən, səsdəki köhnə və bəzən itirilmiş hisslər duyulan kitaba həsrət qalınca, onları itirmək daha yaxşıdı.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)