Vusala Mammadovahas quoted8 years ago
Kitablarımda, həqiqəti yaşamağın verdiyi Çexovsayağı kəndli hissindən və həqiqilik narahatlığından çox bəhs etdim.
Dünya əhalisinin böyük bir hissəsinin bu duyğularla yaşadığını, hətta daha ağırları olan əzginlik, özünə inamsızlıq və alçaldılma qorxuları ilə mübarizə apardığını özümdən bilirəm. Bəli, insan oğlunun birinci dərdi hələ də mülksüzlük, aclıq və evsizlik olaraq qalır. Mətbuat (televiziya və qəzetlər) bu əsas dərdləri bizə ədəbiyyatdan daha asan və tez bir şəkildə çatdırır.
Bu gün ədəbiyyatın araşdırması (və bəhs etməsi) vacib olan şey, insan oğlunun əsas dərdi olan “kənarda qalma” və “özünü lazımsız hissetmə qorxusu” buna bağlı dəyərsizlik duyğuları, bir camaat olaraq hiss edilən qürur sarsıntısı, kiçik görülmə qorxusu, müxtəlif narazılıqlar, küskünlüklər, bitməyən aşağı görülmə xəyalları və bunların qardaşı olan milli qürurlar və öyünmələrdir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)