b5100845609has quoted8 years ago
Oturandan sonra özünü nə qədər narahat hiss etsən də, bədənini tərpətmək qadağandır. Sadəcə, hərəkətsiz oturmalısan. “Növbəti iki saat ərzində tərpənməzliyini qoruyub saxlayırsan”. Əgər narahatsansa, fiziki ağrının sənə necə təsir etdiyini müşahidə edib həmin narahatlığı meditasiya obyektinə çevirməlisən. Real həyatda fiziki, emosional və psixoloji çətinliklərimizdə kədər və digər xoşagəlməz duyğulardan xilas olmaq üçün, narahatlıqdan kənara çıxa bilmək üçün daim kənara tullanırıq. Vipassana meditasiyasına əsasən, kədər və digər xoşagəlməz hisslər bu dünyada qaçılmazdır. Lakin əgər özünü lazım olan müddət ərzində hərəkətsiz saxlaya bilsən, vaxt keçdikcə hər şeyin (həm yaxşı, həm də pis hisslərin) keçib getdiyini görəcəksən.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)