Həmidə Məcidlihas quoted6 years ago
Əgər Allahverdinin qarşısına adi bir parça atsaydılar, boş yerə inad göstərib, əzab verdirməzdi özünə. Kobranın dediyini eləyib canını qorumağa, ömrünü az da olsa uzatmağa çalışardı. Amma bu parçada üç rəngli zolaq var idi: göy, qırmızı, yaşıl. Qırmızı zolağın üzərində ağ rənglə aypara və səkkizguşəli ulduz rəsmi çəkilmişdi. Yox! Yox! Yox! Bu parçanı ayaq altına atmaq olmazdı! Bu parça haqqında hətta bunu düşünmək də ayıb idi! Ona elə gəlirdi ki, yad kişilər anasının baş ləçəyini çıxarıb ayaq altına atıblar. Əyilib yenə də qamarlayırdı bayrağı. Vururdular, lap insafsızcasına, vəhşicəsinə vururdular, amma hamısına dözürdü. Sındıra bilmirdilər onu.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)