Vusala Mammadovahas quoted8 years ago
Hər şey səndə gizlənib.
Yerin səni çəkdiyi qədər ağırsan,
Qanadların çırpındığı qədər yüngül...
Qəlbinin atdığı qədər canlısan,
Gözlərinin uzağı gördüyü qədər gənc....
Sevdiklərin qədər yaxşısan,
Nifrət etdiklərin qədər pis...
Nə rəng olursa-olsun qaşın-gözün,
Qarşındakının gördüyüdür rəngin....
Yaşadıqlarını kar sayma,
Yaşadığın qədər yaxınsan sonuna...
Nə qədər yaşayırsan yaşa,
Sevdiyin qədərdir ömrün...
Gülə bildiyin qədər xoşbəxtsən,
Qəm yemə, bil ki, ağladığın qədər güləcəksən...
Bitmiş sanma hər şeyi,
Sevdiyin qədər seviləcəksən....
Günəşin doğuşundandır təbiətin sənə verdiyi dəyər,
Qarşındakına dəyər verdiyin qədər insansan....
Bir gün yalan söyləyəcəksən əgər,
Qoy qarşındakı sənə güvəndiyi qədər inansın.
Ay işığındadır Sevgiliyə olan həsrət,
Sevgilinə həsrət qaldığın qədər ona yaxınsan...
Unutma, yağışın yağdığı qədər islaqsan,
Günəşin səni isitdiyi qədər isti...
Özünü yalnız hiss etdiyin qədər tənhasan,
Və güclü hiss etdiyin qədər güclü...
Özünü gözəl hiss etdiyin qədər gözəlsən.
Bax, budur həyat!
Bax, budur yaşamaq! Bunu xatırladığın qədər ­yaşarsan.
Bunu unutduğunda, aldığın hər nəfəs qədər
üşüyərsən...
Və qarşındakını unutduğun qədər tez unudularsan.
Çiçək sulandığı qədər gözəldir,
Quşlar ötə bildiyi qədər sevimli...
Körpə ağladığı qədər körpədir.
Və hər şeyi öyrəndiyin qədər bilərsən, bunu da öyrən,
Sevdiyin qədər sevilərsən...
Can Yücel
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)