Sidiqe Penahovahas quoted6 years ago
Yazıçının bacısı Həbibə xanım Məmmədxanlının fədakarlığı, inadı və səbri ilə bu böyük, vacib iş görüldü – ədəbiyyatımız üçün son dərəcə qiymətli olan tarixi roman – “Babək” romanının birinci hissəsi tapıldı.

Bu roman da ərəb əlifbasıyla, xırda xətlə, karandaşla yazılıb. Ömürlərinin sonuna qədər ərəb əlifbasıyla yazan o nəsil yazıçılarımızın xətlərinə yaxşı bələd olan və onların mətnlərini makinada yaza bilən yeganə adam – qocaman makinaçımız Sona xanımdır və Sona xanımın “Babək”in üzə çıxması üçün qatlaşdığı ağır zəhmətə görə ona minnətdar olmalıyıq. Makinada çap olunmuş mətndə bəzi oxunmamış sözləri, cümlələri (təəssüf ki, bəziləri hələ də oxunulmamış qaldı), yer və adam adlarını dəqiqləşdirməkdə tədqiqatçı Cəfər Müciri öz yardımını əsirgəmədi.

Yuxarıda deyildiyi kimi, tapılıb çapa hazırlanmış əlyazması
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)