Vusala Mammadovahas quoted8 years ago
Bildiyiniz kimi biz yazıçılara ən çox yönəldilən, ən çox sevilən sual budur: “Nə üçün yazırsınız?” İçimdən gəldiyi üçün yazıram! Başqaları kimi normal bir iş görmədiyim üçün yazıram! Mənim yazdığım kimi kitablar yazılsın da oxuyum deyə yazıram! Hamınıza və hər kəsə çox acıqlandığım üçün yazıram! Bir otaqda bütün gün oturub yazmaqdan zövq aldığım üçün yazıram! Həqiqətə dözə bildiyim üçün yazıram! Mən, başqaları, hamımız, bizlər İstanbulda, Türkiyədə necə bir həyat yaşadıq, yaşayırıq, bütün dünya bilsin deyə yazıram! Kağızın, qələmin, mürəkkəbin qoxusunu sevdiyim üçün yazıram! Ədəbiyyata, roman sənətinə hər şeydən çox inandığım üçün yazıram! Bir vərdiş və istək duyduğum üçün yazıram! Unudulmaqdan qorxduğum üçün yazıram! Gətirdiyi şöhrət və maraqdan ləzzət aldığım üçün yazıram! Yalnız qalmaq üçün yazıram! Hamınıza, hər kəsə niyə o qədər acıqlandığımı bəlkə anlaram deyə yazıram! Oxumağı sevdiyim üçün y azıram! Bir dəfə başladığım romanı, bu yazını, bu səhifəni artıq sona çatdırım deyə yazıram! Hər kəs məndən bunu gözləyir deyə yazıram! Kitabxanaların ölümsüzlüyünə və kitabların rəflərdə duruşuna uşaq kimi inandığım üçün yazıram! Həyat, dünya hər şey inanılmayacaq qədər gözəl və heyrətləndirici olduğu üçün yazıram! Həyatın bütün bu gözəlliyini və zənginliyini sözlərlə ifadə etmək zövqlü iş olduğu üçün yazıram! Hekayə nəql etmək üçün deyil, hekayə qurmaq üçün yazıram! Sanki gediləcək bir yer varmış və eyni ilə bir yuxuda olduğu kimi ora getmək imkansızmış kimi duyğusundan qurtulmaq üçün yazıram! Xoşbəxt ola bilmədiyim üçün yazıram! Xoşbəxt olmaq üçün yazıram!
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)