Xuraman Memmedovahas quoted5 years ago
Heç şübhə yoxdur ki, əgər Ravalyak IV Henrixi öldürməmiş olsaydı, kralın qətlinə aid olan sənədlər də Məhkəmə sarayının dəftərxanasında saxlanmazdı; Ravalyakla əlbir olan və bu sənədlərin məhv edilməsində maraqlı olan cinayətkarlar da olmaz, bununçün başqa bir çarə tapmadıqlarından sənədləri yandırmaq məqsədilə məhkəmə dəftərxanasını yandırmağa və dəftərxananın yanması üçün bütün Məhkəmə sarayını yandırmağa məcbur olanlar tapılmazdı. O halda 1618-ci ildəki yanğın da olmazdı. Məhkəmənin əvvəlki binası da əski böyük salonu ilə indiyə qədər salamat qalmış olar, mən də oxucuya yalnız bu sözləri deyərdim: gedin özünüz tamaşa edin. Bu surətdə biz ikimiz də yaxamızı qurtarardıq: mən – bu salonun təfsilatlı təsvirindən, oxucu isə – mənim bu təsvirimi oxumaq zəhmətindən. Bu kimi şeylər köhnə, ancaq daima yeni olan bir həqiqəti isbat edir ki, böyük hadisələrin nəticələrini hesablamaq mümkün deyil.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)