Gunduz Memmedovhas quoted8 years ago
Son gücünü toplayaraq yarğana endi, sonra heç olmasa bir damla su tapmaq ümidi ilə yoxuşu qalxdı, lakin qarşısında şoranlıq səhra və əlçatmaz dağ silsiləsi gördü. Heç bir yerdə su əlaməti olacaq nə bir ağac, nə də kolluq vardı! Bu ucsuz-bucaqsız ərazidə onun üçün ümid verəcək heç nə yox idi. Vəhşi, çaşqın baxışlarla şimala, sonra şərq və qərb tərəfə baxdı və anladı ki, onun sərsəri həyatının sonu gəlib, – öz ölümünü burada, çılpaq qayalıqda qarşılamalı olacaq. “Nə fərqi var, indi, yoxsa iyirmi beş il sonra pərqu döşəkdə” – nəhəng qaya parçasının kölgəsində oturmağa hazırlaşaraq öz-özünə deyindi.
Lakin əyləşməzdən əvvəl, artıq lazımsız silahını və sağ çiyninə aşırıb özü ilə gəzdirdiyi, boz şalla bağladığı böyük düyünçəni yerə qoydu. Düyünçə, görünür, onun üçün həddindən artıq ağır idi, – çünki çiynindən götürdükdən sonra onu əlində saxlaya bilməyib yerə saldı. O saat şikayətli qışqırtı eşidildi və boz şalın içindən əvvəlcə parlaq qəhvəyi gözlü, kiçik, qorxmuş çöhrə, sonra isə iki çirkli və koppuş yumruq çıxdı.
– Sən məni əzdin! – uşaq səsi hirslə dedi.
– Doğrudan? – səyyah günahkarcasına cavab verdi. – Bağışla, qəsdən etmədim.
O, düyünçəni açdı; oradan zərif ayaqqabılı, kətan önlüyü olan bəzəkli, çəhrayı don geymiş beş yaşlarında qəşəng bir qız uşağı çıxdı; onun geyimi ana nəvazişindən xəbər verirdi. Qızın sifəti solmuş və arıqlamışdı, amma möhkəm ayaqlarına və əllərinə baxdıqda görünürdü ki, o öz yoldaşından daha az əziyyət çəkib.
– Ağrıtdı? – Barmaqlarını pırtlaşıq sarı saçlarının arasına salaraq boynunun ardını ovxalayan qıza baxıb, narahatlıqla soruşdu.
– Öp, keçsin, – qız zədələnən yeri göstərib ciddi-ciddi dedi. – Anam həmişə belə edir. Bəs, anam hanı?
– O getdi. Məncə, tezliklə onu görəcəksən.
– Getdi? – qız soruşdu. – Bəs, mənə nə üçün “sağ ol” deməyib? O, hətta xalamgilə çay içməyə gedəndə də mənimlə sağollaşardı, indi isə üç gündür ki, yoxdur. Yaman susuzlamışam? Burada içməyə, ya da yeməyə bir şey yoxdur?
– Burada heç nə yoxdur, əzizim. Bir az səbir et, hər şey yaxşı olacaq. Başını bura qoy, yaxşılaşacaqsan
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)