Akram Alishovhas quoted4 years ago
Digər dağlıq yerlərdən fərqli olaraq, Qafqazda göl azdır. Buna görə də gölləri çox qiymətləndirirlər. Ən müqəddəs göl Esan gölüdür – bir vaxtlar sahilində qəbilə müdriklərinin toplandığı göl. Bir çox illər qabaq, Böyük Şamil ruslara qarşı vuruşarkən onun xəzinəsi Esan gölünün sahilində yerləşirmiş. Şamil otuz il müharibə apardı, otuz il Qafqazın yeganə hökmdarı oldu. Onun xəzinəsi çox zəngin idi, burada nə desən vardı. Bir gün o hiss etdi ki, adamlar onun ətrafına Allah xatirinə yox, pul xatirinə yığılır. Şamil hofmeysterlərini, qubernatorları və generalları, saray əhlini gölün sahilinə yığıb onlara Allahdan, onun əbədi qanunlarından danışır. Sözünü qurtarandan sonra rus əsirlərinə xəzinəsindən sərvətlə dolu sandıqları gətirməyi əmr edir. Sandıqlar bir-bir gölə atılır, yüzlərlə qızıl və cəvahirat daşlar, üç yüz gümüş külçəsi suya qərq olur. İmam və generalları kənarda durub baxır, dua edir və bu sərvəti lənətləyirlər. Şamil tamam kasıblaşır, amma indi inanır ki, ətrafı ona pul xatirinə xidmət etməz. Sonralar ruslara məğlub olanda çar ona pensiya kəsməli idi, yoxsa ac qalacaqdı. O Şamilə – müqəddəs və varlı diktatora... Bu günə qədər onun xəzinəsi gölün dibində yatır. Yerlilər onu axtarıb tapa bilmir, əcnəbiləri də gölə yaxın buraxmırlar.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)