Xumarhas quoted7 years ago
Bəli, senator Brenderi tam mənasilə bəxti gətirən adam adlandırmaq olardı. Lakin bununla bərabər, o, həyatında nəyinsə çatmadığını hiss edirdi. O hələ istədiklərinin hamısını etməmişdi. Budur, onun əlli iki yaşı var, o, hörmətli, izzətli, görkəmli xadim kimi, ləkələnməmiş şan-şöhrət sahibidir, lakin təkdir, heç kəsi yoxdur. O bilaixtiyar tez-tez düşünürdü ki, yanında onu əzizləyəcək bir kəs yoxdur. Öz otağı hərdən ona qəribə, boş görünürdü və o öz-özünə nifrət hissi duyurdu.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)