ahmedoffelvin99361has quoted8 years ago
Əgər qardaşlar bir-biri ilə dalaşırsa, – Martin Fyerro deyirdi, – deməli, başqaları onları yeyəcək. İmperialist bilir ki, hökm sürmək üçün parçalamalıdır. O bizi qəhvə, mis, neft, qalay, şəkər istehsal edən ölkələrə parçaladı; o bizi daima qiymətləri endirərək bir-birinin bazarını əlindən almağa çalışan, bir-biri ilə rəqabətə girən ölkələrə ayırdı. Və bütün bunları ona görə etdi ki, hər birimizi təklikdə daha çox alçaltsın. Ən müqəddəs sərvətə – azadlığa, iqtisadi çiçəklənməyə, qarşımızda həllolunmayan hər hansı problemin olmadığı hissinə və daima şövqlə, şüurla işləyərək heç kəsin döndərə bilməyəcəyi məqsədlərimizə nail olmaq üçün birləşməliyik, dünyanın bütün adamları birləşməlidir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)