Gulshan Jabihas quoted8 years ago
Deyə bilərlər ki, bir realizm arşını alıb da romantizmdən yaxa qurtarmamış Cavidi ölçmək doğru olmaz. Müəyyən məktəb, ədiblər vardır ki, hər millətin tarix, ədəbiyyatında olduğu kimi, bizimkindən də təkrar edilməlidir.
Əvvəla, Cavid sırf romantik bir yazıçı deyildir. O gah romantik, gah idealist, gah realist kimi sentimentalistdir. Fəqət Cavid kim olursa, hankı məktəbə mənsub bulunarsa həmin məktəblər üsulu ilə yazdıqlarına müvəffəq olmuşsa-olmamışsa fərq etməz. Şimdi Cavid var. Yazıyor. Ən doğru məktəbi-ədəbi indilik realizmidir və biz də hər kəsi bu arşına ölçər və yazıçılarımızın da bu münval ilə yazmalarını arzu edərik. Keçmiş şairlərimiz başqa! “Məktəblər bizdə təkrar etməlidir” nəzəriyyəsini də qəbul etmirik. Çünki bunsuz da mümkündür. Bizdə lojno klassik dövrü gedirkən Sabir birdən-birə realizmə atıla bilmiş. Nərimanov öz “Pir”ini realizm ilə yaza bilmiş, müvəffəq də olmuşdur. Bu nəzəriyyə millətlər arasında əlaqə, güc olduğu zamanlar doğru olsa da, indiki əlaqə ilə başqa millətlərin ədəbiyyatından təcrübə almaq mümkün olduğu bir zamanda onu iddia etmək yersiz, bəlkə də gülüncdür.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)