Vusala Mammadovahas quoted8 years ago
Neqativ və ya pozitiv olmasından asılı olmayaraq, sahib olduğunuz hər bir inancın bir formatı və standartı var. Əgər bu format bəlli olsa, inancları dəyişmək, gücləndirmək və ya başqa bir inancla əvəz etmək mümkündür. NLP öz gücünü burada göstərir. Dəyişiklik hər zaman çətindir və vaxt alır. NLP texnologiyaları ilə inancları asan və sürətlə dəyişmək olar. Məsələn, doğru olduğuna əmin olduğunuz bir inancı düşünün. Tutalım, insanlar yardımsevərdirlər. İnsanların yardımsevər olduğunu haradan bilirsiniz? Düşünərkən bəzi şəkillər, səslər və hisslər zehninizdə canlanmağa başlayacaq. Zehninizdə insanların hər zaman yaxşı olduğunu və bir-birilərinə xoş niyyətlə kömək etdiyini təsəvvür edəcək, eşidəcək və hiss ­edəcəksiniz.
Ola bilsin ki, bunları keçmiş təcrübələrinizdə yaşamısınız. Kimlərsə sizə kömək edib və ya siz kimlərəsə dəstək olmusunuz. Dolayısı ilə bu, düşüncə və hərəkətlərinizi gücləndirəcək.
İndi də bir anlıq xoşagəlməz bir şey haqqında düşünün, məsələn, qadınsınızsa, kişilərin, kişisinizsə, qadınların etibarsız olduğunu. Bu zaman keçmiş təcrübələrimizin fonunda münasibətlərimiz səs və hisslər şəklində beynimizdə canlanacaq. Və bizlər qarşı cinsin etibarsız olduğuna dair inancımızı bir qədər də möhkəmləndirəcəyik. Hər bir inanc sistemi NLP ədəbiyyatında alt sistem adlandırılan bəzi mənbələrə (şəkil, səs, hiss) sahibdir. Mənbələrin forması və sırası dəyişərsə, inanclar da o nisbətdə dəyişəcək. Keçmişinizi düşünün. İnanclarınızda hansı dəyişikliklər olub? Əvvəl nələrə, indi nələrə inanırsınız? Bunlar dəyişimin sübutlarıdır.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)