Gulshan Jabihas quoted8 years ago
Aktyor nədir?
Hər şeydən əvvəl aktyor canlı bir ədəbiyyatdır. Böyük bir ədibin uyqusuz gecələr boyu çalışıb vücuda gətirdiyi bir əsəri, onun əvvəli kağızlar üzərində qaraladığı fikirləri, fəlsəfələri, gözəllikləri, incəlikləri, gülüşləri, göz yaşlarını aktyorlar alır və özündə canlandıraraq böyləliklə söylədiyi sözlər, fırlandığı fəryadlar, iniltilər etibarilə canlı bir ədəbiyyat olmuş olur. Və aktyor bir rəssamdır ki, özü öz əsəridir. Başqa bir sözlə söyləsək aktyor bir rəssamdır. Eyni zamanda, aktyor, canlı bir şəkildir. Aktyor bir rəssamdır ki, rəngarəng fırçalar ilə yaratdığı şəkil yenə özüdür. O, bir şəkildir ki, özü öz yaradıcısıdır. Aktyor, bir yerdə sözlər ilə təsvir olunmuş bir tipi alır, öz dühasının, öz istedadının qüvvəsiylə onu özündə canlandırır. Onun simasındakı bütün rəngləri, bütün cizgiləri alır, kəndi fırçasıyla öz üzərinə nəql edir. Burnunu böyüdər, yanaqlarını çuxurlaşdırar, dişlərini düyər, bilməm daha nə kimi rənglər, nə kimi boyalar ilə həmin tipin görkəmini öz simasilə nəql edər. Öylə bir məharət ilə ki, onun simasilə tərsim etdiyi tipin bütün mənəvi həyatını, bütün ruhunu, bütün varlığını ilk baxışda əks etdirir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)