Sabir Oohas quoted6 years ago
Muradzadə onu xəstəxanaya qoymağı məsləhət görməmişdi. Müalicə evdə, anasının nəzarəti altında gedirdi. Mu­radzadə isə gündə bir dəfə Aydana baş çəkir və bu zaman lazım olan dərmanları da özü ilə gətirirdi…
Doktor fikirdən ayrılaraq, dəstəyi götürdü və hə­yat yoldaşına zəng vurdu.
– Çıxırsan?
– Hə, gəl, işimi qurtarmışam. – Nelya xanım bildirdi. – Düşüb aşağıda gözləyirəm.
– Gəlirəm!
Muradzadə xalatını soyunub asılqandan asdı. Tibb bacısını da evə buraxıb həyətə çıxdı. Xəstəxananın qarşısında saxladığı gümüşü rəngli “Qaz-31”-ə oturub onu Nelya xanımın işlədiyi, o qədər də uzaqda olmayan poliklinikaya sürdü. Çatan kimi arvadını götürüb evə yola düşdü.
– Venera yaman sevinəcək! – arxa oturacaqda əyləşmiş Nelya xanım dilləndi. – Yazıq uşaq bir ildən çoxdu bizimlə bir yana çıxmır.
– Bizimlə demə! – Əri düzəliş verdi. – Ümumiyyətlə, heç yana çıxmır. Evdən məktəbə, məktəbdən evə! Belə olmaz! Bizim üzümüzü də ki, nə görürsə, axşamlar görür. Gərək bundan sonra onunla daha çox məşğul olaq. Bir də görəcəyik, məktəbi qurtardı, sonra da çıxıb gedəcək ərə.
– Getsin də. – Nelya xanım güldü. – Məgər onda görə bilmə­yəcəyik onu?
– Evimizdə olanda nə görürük ki, yad evdə olanda nə görək?!
Nelya xanım fikirli halda başını buladı. Əslində o, əri ilə razı idi. Qızı ilə birgə keçirdikləri günlər nə vaxtsa bitəcəkdi və Venera hansısa bir evin gəlini olacaqdı. Ariflə onun körpəlik illərini gözünün qabağına gətirdi.
– Vaxt, doğrudan da, necə sürətlə keçir, ay Əli­səttar?! Veneranı doğum evindən
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)