Небизаде Елшадhas quoted4 years ago
Aclıq

Yuxuda ac olduğunuzu görmüsünüzsə, qarşıda səmərəsiz iş və dostların uzaqlığı gözlənilir. Əgər ac olan başqalarıdırsa, gerçəkdə yoxsulluq təhlükəsi var, həmçinin işinizdən və ətrafınızdan narazı olacaqsınız. Bəzi hallarda bu növ yuxular xəstəliyə işarədir. Yuxuda düşmənlərin aclıq çəkdiyini görmək isə olduqca xoş yuxudur. Bu o deməkdir ki, hansısa əhəmiyyətli bir məsələdə onlara qalib gələcəksiniz. Sevgililər üçün belə yuxu xoş olmayan əlamətdir, belə ki, qurmağa hazırlaşdıq­ları nikah xoşbəxt olmaya bilər. Yuxuda özünüzü aclıqdan can verən görmüsünüzsə, ehtiyatı və diqqəti əldən verməyin – uğur və müvəffə­qiyyət vəd edən hansısa bir iş xoşagəlməz nəticələr verə bilər.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)