Gunduz Memmedovhas quoted8 years ago
4 may 1847-ci ildə tənha yolçu bunların hamısını görmüşdü. Onu görkəmindən bu yerlərin kabusuna, ya da cininə bənzətmək olardı. İlk baxışdan onun qırx, yaxud altmış yaşında olduğunu demək çətin idi. Sarı perqament rəngli dərisi onun arıq, yorğun üzündə tarım çəkilmişdi; uzun qara saçları və saqqalı ağarmağa başlamışdı, dərinə düşmüş gözləri qəribə şəkildə parıldayır, tüfəng tutmuş əli isə skeletin biləyini xatırladırdı. Ayaq üstdə durmaq üçün silahına söykənirdi, hərçənd hündür boyu və güclü qamətinə baxdıqda, onun sağlam və dözümlü olduğunu düşünmək olardı. Amma qurumuş bədənində torba kimi sallanan paltarı və arıqlamış üzü onun niyə taqətsiz qocaya oxşadığını açıq göstərirdi. O ölürdü – aclıq və susuzluqdan ölürdü
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)