Əlihas quoted8 years ago
Bütün təşkilatın başında “Universitet” adlanan müəssisə dururdu ki, onu da baş rəis idarə edirdi. Napoleon dönəmində “Universitet” ali məktəbləri və liseyləri (orta məktəb) idarə edirdi. Napoleonun vaxtında ancaq başlıca olaraq texniklər, mühəndislər, notariuslar, məhkəmə məmurları, inzibati məmurlar və maliyyə idarələri məmurları və i. a. hazırlayan xüsusi ali məktəblər təsis edilirdi. Sərt, xalis hərbi intizam hökm sürürdü. İmtahanlar çox ciddi idi. Liseylərə gəldikdə isə, onlar birinci növbədə zabitlər hazırlamaq üçün yaradılmışdı. Liseyi qurtaranlar əlavə imtahan verməklə xüsusi ali hərbi məktəblərə qəbul olunurdu. Mülki idarələr üzrə dövlət xidmətinə liseyi bitirdikdən sonra əlavə təhsil tələb etmədən götürürdülər. Ancaq onların xidmət və mənsəb cəhətdən hüquqları, şübhəsiz, liseydən sonra, həm də bu və ya digər ali məktəbi bitirənlərinkindən aşağı idi
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)