Əlihas quoted8 years ago
“Keşişlər, hər halda, Kaliostro və ya Kant kimi şarlatanlardan, yaxud bu alman xəyalpərəstlərinin hamısından yaxşıdır”, – deyən Napoleon avantürist Kaliostronu və filosof Kantı bir cərgəyə qoyur və əlavə edirdi ki, əgər adamların mayası müxtəlif möcüzələrə inanmaq istəyi ilə yoğrulubsa, yaxşısı budur onlara həddindən artıq filosofluq etməkdənsə, kilsədən və kilsə təlimindən istifadə etmək imkanı verilsin. Axı, adamlara da çiçək xəstəliyinə tutulmaq üçün çiçəkdöymə edirlər, – Napoleon bunu belə əsaslandırırdı. Başqa sözlə: özünün düşmənləri olan burbonların bu saysız-hesabsız rahiblər və keşişlər qoşunundan istifadə etməsinə imkan verməkdənsə, yaxud itaət altında qalan əhalini ələkeçməz xəyalpərəstlərin və filosofların ağuşuna atmaqda azadfikirliliyi yaymaqdansa, özünü papa VII Piy adlandıran və insanların özlərinə xas ağılsızlıqla Allahın yerdəki valisi kimi inandıqları, hiyləgər qoca qraf Kyaramonti ilə əlbir olmaq, jandarmeriya və Fuşenin polisi ilə yanaşı, papa VII Piyin saysız-hesabsız qara qoşununu da öz xidmətinə cəlb etmək daha yaxşı idi
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)