Vusala Mammadovahas quoted8 years ago
SİMİC

Bir simic var-dövlətini itirəcəyindən qorxuya düşərək hiylə etməyi qərara aldı. O, nəyi vardısa, hər şeyi satdı, əlinə düşən pulların hamısını verib bir qızıl külçəsi aldı və onu basdırdı. O, hər gün bu yerə gəlir və külçənin yerində olub-olmadığını yoxlayırdı. Onun işçilərindən biri bunu görür. İşçi düşünür ki, yəqin orada xəzinə gizlədilib və xozeyin elə üzünü çevirməyə bənd imiş, həmin yerə gəlir və külçəni oğurlayır. Simic qayıdanda və külçənin yox olduğunu aşkar edəndə ağlamağa və saçını yolmağa başladı. Lakin onun fəryadlarını eşidən qonşusu dedi: “Dərd çəkmə, bunun yerinə bir daş götür, onu elə həmin yerdə basdır və fikirləş ki, bu elə sənin qızıl külçəndir. Sən ondan istifadə etməyə hazırlaşmırdın, daş isə torpağın altında heç də qızıldan pis qalmır, axı”.
Pul, ona malik olanda yox, ondan istifadə edəndə dəyər qazanır.
Ezop, b.e.ə. VI əsr
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)