Xuraman Memmedovahas quoted5 years ago
O, Yuli Sezarın “kamil kvadra­tın­dan” başladı.

Sezar, deyə qız izah edirdi, tarixdə şifrə istifadə edən ilk adam idi. Onun qasidləri məxfi məlumatlarla birlikdə düşmənin əlinə keçməyə başlayanda, o, öz sərəncamla­rı­nın şifrələnməsinin primitiv üsulunu fikirləşdi. Sezar na­mələrini elə bir şəkildə dəyişirdi ki, tamamilə mənasız bir şey alınırdı. Amma, aydın məsələdir ki, belə deyildi. Hər bir namə, hansı həcmdə informasiya ötürmək lazım oldu­ğundan asılı olaraq, tam kvadrata bərabər olan sayda – on altı, iyirmi beş, yüz damalı – hərflərdən ibarət olurdu. Se­zar zabitlərə məxfi şəkildə izah etmişdi ki, bu, guya təsa­düfi hərflər dəstini alanda, onlar mətni elə şəkildə yaz­malıdırlar ki, kvadrat təşkil etmiş olsun. Onda, yuxarıdan aşağıya oxuyarkən, gözlərin qarşısında magik surətdə məx­fi namə peyda olurdu.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)