Dilber Babayevahas quoted5 years ago
Leopard russayağı saqqal saxlayıb qrimlənsə də, Artur onu görən kimi tanıdı. İstehza ilə gülüb, öz nazik, ciyiltili səsilə dedi:

– Baho, Alik, xoş gördük səni!

Uşaqlıqda hamı onu Alik deyə çağırırdı. Elə Artur da. Leopard bir anlıq düşündü ki, Artur bəlkə də onunla qatı düşmən kimi rəftar etməyəcək. Necə olmasa, on altı il bir həyətdə yaşamışdılar. Bir süfrədən çörək yeyib, bir qabdan su içmişdilər. Anası həmişə qayğı göstərmişdi bu erməni balasına. Ancaq tez də səhv etdiyini başa düşdü.

Artur Leopardın Bakıdan göndərilmiş kəşfiyyatçı olduğunu deyib, onu tutmağı əsgərlərə əmr etdi. Vəziyyətin çıxılmaz olduğunu başa düşən gənc kəşfiyyatçı, indi uzanıb qaldığı bu evin qarşısında, düşərgənin asfalt döşənmiş meydançasında, on nəfərdən çox əsgərin üstünə atılmağa məcbur oldu. Bu döyüşü görən hər kəs onun əsl leopard kimi vuruşduğunu etiraf edərdi. O, artıq düşmənlərinin bir neçəsini vurub şil-küt eləmişdi. Onların ayağa qalxmağa
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)