Vusala Mammadovahas quoted8 years ago
Mən yazmağa davam etdiyim kitab yerinə, başqa bir kitabdan səhnələri, cümlələri, nüansları xəyal edərkən, bax, bu ifadəni xatırladım və yazılmamış, lakin xəyal edilmiş, ölçülmüş hər kitabın (yəni mənim yarımçıq qalmış kitabım kimi) “nəzərdə tutduğu bir yazar var” deyə düşündüm. Hər kitabı ancaq o kitabın nəzərdə tutduğu yazar ola bilsək, yekunlaşdırarıq. Lakin siyasi dərdlər arasında, ya da çox vaxt olduğu kimi günlük həyatın içərisində telefon zəngləri, tıxaclar, ailə toplantıları arasında xəyal etdiyim kitabın nəzərdə tutduğu yazar olmaqda çətinlik çəkirəm.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)