Xuraman Memmedovahas quoted4 years ago
Göydən gələn nə varsa,

Tanrım, mənə tanışdı.

Niyə yaddı ruhuma

göndərdiyin dörd kitab?

Tanrım, sənin qapını

mənə bir mələk açdı.

Məndən hesab istəsən:

– ona verdiyim əzab

Ey Tanrım, poz yazdığın

yazını bircə kərə.

Bəndəlikdən çıxarıb

özgə tale yaz, Allah!

Dərvişlik istəmirəm,

dərvişə xirqə gərək,

Çılpaq ruhum əbaya,

xirqəyə sığmaz Allah!

Ağac ildə bir kərə,

mən hər gün puçur-puçur

Dərd açıb, düzdüm onu

tənhaların baxtına.

Öldür, kimə üz tutsam,

nəyə sığınsam, uçur,

Ucalt məni ömürlük

divanələr taxtına.

Divanəlik taxtına

ucalt məni ömürlük.

Qoy sürünsün tənhalıq

ayağında taxtımın.

Qopsun mənim ruhumdan

din adlı qoyulan yük.

O göy üzü- sonsuzluq -

qorxa-qorxa baxdığım.

Bu taxtımda mən sənəm,

qəbul et, etmə məni...!?

Ucalt məni bu taxta,

sonradan istəsən yıx.

Mən səni çağırıram,

ey Tanrım, səni, səni...
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)