Əvvəllər ən böyük arzum oydu ki, Fahir mənim şeirlərimi bəyənsin. Amma o, müasir poeziya ilə bağlı olmayan, mənim kimi folklor və “yerli gözəlliklərdən” yazanlara yuxarıdan aşağı baxırdı. İllər keçdi, hərbi qiyamlar oldu, çox adam həbsə girib çıxdı, mən də onlar kimi bir ora, bir bura sərsəm-sərsəm sovruldum. Birdə oyandım ki, idealım olan insanlar dəyişib, özümü bəyəndirmək istədiklərim isə yoxa çıxıb. Beləcə həyatdan və şeirdən umduqlarımın heç birini əldə edə bilmədim. Mən də İstanbulda bədbəxt, narahat və pulsuz yaşamaqdansa, Qarsa köçməyi daha uyğun bildim. Atamın əvvəllər bəyənmədiyim mağazasını təhvil aldım. Amma bu da məni xoşbəxt etmədi.

Buradakı insanları bəyənmirdim. Eynilə, Fahirin şeirlərimi oxuyanda etdiyi kimi, onları görəndə üz-gözümü turşudurdum. Qars da, şəhər də, insanlar da mənə səmimi gəlmirdilər. Burada yaşayanlar ya ölmək, ya da çıxıb getmək istəyirdilər. Amma təəssüf ki, mənim gedəcək yerim yoxdu. Sanki qədim zamanlara sürgün edilərək, sivilizasiyadan məhrum edilmişdim. Sivilizasiya məndən o qədər çox uzaqda idi ki, təqlid belə edə bilmirdim. Əgər övladım olsaydı, xəyallarımın onun həyata keçirəcəyini, əziklik hiss etmədən Qərbli və müasir bir şəxsiyyət sahibi olacağını xəyal edib, özümü xoşbəxt sayardım. Amma Allah mənə övlad da vermirdi.
Qar, Orhan Pamuk
Orhan Pamuk
Qar
Şərh bildirmək üçün daxil olun və ya qeydiyyatdan keçin
fb2epub
Faylları buraya köçürün, bir dəfəyə 5-ə qədər fayl