ahmedoffelvin99361has quoted8 years ago
Oktyabr ayının ortalarında Abadan müəssisələrində işlə­yənlər tətilə başlamışdılar və o gündən etibarən sığındığı Neauphle – Chatean adlı Paris qərargahından Ayətullah Xomeyni artıq xalqı mülki itaətsizliyə və başlıca tətillərə çağırmağa başladı. Bu çağırış fransız mətbuat orqanları və BBC tərəfindən farsca yayımlanırdı. (Fransa hökuməti Xomeyninin sığınma tələbini qəbul eləməzdən əvvəl ərimlə danışmış və o da bu din adamının Fransada, Liviyada və Əlcəzairdəkindən daha az zərərli olacağını düşünüb – müsbət cavab vermişdi.) İngilis radiosu onun bütün xəbərdarlıqlarını yayımlamaq üçün böyük cəhd göstərirdi. Elə Neauphle – le – Chatean qonağı da «BBC mənim səsimdi» deyib, bu həqiqəti qəbul eləyirdi. 1941-ci ildə eyni radio Şahın ölkədən getməsi üçün səkkiz ay kampaniya aparmışdı. Hökmdar da doğrudan, ölkəni tərk eləməyə məcbur olmuşdu, belə ki, bunu xatırlayan iranlılar 1978-ci ilin axırlarında belə deyirdilər: «Əgər BBC Şaha qarşı kampaniya başlayırsa, rejimin sonu yaxınlaşır.»
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)