Lamiya Yusibova Murshudluhas quoted8 years ago
Kişilər ağlamır. Uşaqlıqdan onlara öyrədirlər ki, kişi ağlamaz, yalnız qadınlar ağlayar, o da elə bilir düz deyirlər. Ağlamayan adam necə olar? İnsan necə ağ­lamaz? Göz yaşı vəziləri hər iki cinsdə də var və eyni cürdü. Necə olur ki, qadın ağlaya bilir, kişi yox? Ana­loji fərq yoxdu axı, göz yaşı vəzisi ikisində də eynidi. Heç nəylə fərqlənmir.
Ağlamaq lazımdı! Göz yaşları – bu, çox mühüm ün­siy­yət vasitəsidi, xüsusi dildi. Məqamlar olur ki, sözlə ifadə etmək mümkün olmayan hissləri göz yaşıyla ifadə edirsən. Heç kim sənə demir bütün günü zırılda. Çox həssas, çox duyğulu anlar yaşanır. Kişi bu zaman di­şini barmağına sıxıb durur ki, ağlamasın. Niyə? Sən adam deyilsən? İnsan deyilsən? İnsan emosiyalarla dolu bir varlıqdı. Hanı sənin emosiyan, hara dürtüb gizlədirsən onu? Emosiyasını gizlədən adam aqressiv olur, it kimi qapır. Ona görə kişilər belə aqressivdilər. Kişinin özünü dəli kimi aparmasının əsas və önəmli səbəblərindən biri budu – bu məxluq ağlamır, özünü boğur.
  • unavailable
    Osho
    Qadınların kitabı
    • 6.1K
    • 1.7K
    • 117
    • 295
    az
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)