b9548861750has quoted8 years ago
Kazanova öz həyat uğurunu vahid məqsəd üzərində cəmləşmək və təslim olana qədər məqsədə doğru irəliləmək qabiliyyəti ilə izah edirdi. Məhz özünü ürəyi istəyən qadınların ixtiyarına tam həcmdə vermək qabiliyyəti sayəsində o, qarşısıalınmaz məftunedici olmuşdu. Belə qadınlardan birinin onun diqqət sferasında olduğu həftələr və aylar ərzində, Kazanova başqa heç kim haqda fikirləşmirdi. Onu Venesiyada Dojey Sarayının məkrli qurğuşun damının altında, hələ heç kimin qaçmağa müvəffəq olmadığı türmədə məhbusluğa atanda, o, yeganə bir məqsədi götür-qoy etmək üzərində cəmləşdi – qaçış. Başqa kameraya köçürülməsi onu başını itirməyə məcbur etmədi, – bu, qazılan lağım üzərində aylarla aparılan işin it-bat olması demək idi – o geri çəkilmədi və əvvəl-axır qaçışı həyata keçirdi. “Mən həmişə inanırdım ki, – sonralar yazırdı o – əgər adam nəyə isə nail olmağı qət edərsə və yalnız bununla məşğul olacaqsa, onda o, çətinliklərə baxmayaraq, mütləq uğur qazanacaq. Belə adam qüdrətli vəzir və ya Roma Papası ola bilər”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)