Əlihas quoted8 years ago
Napoleon hakimiyyətinin lap ilk günlərindən həyata keçirməyə başlamışdı. Artıq 18 brümerdən iki aydan bir qədər çox keçdikdən sonra, nivozun 27-də Napoleon səbəbini izah etmədən qərarla 60 qəzeti bağladı və yalnız 13-nü saxladı. Lakin bu 13 qəzetin sayı da tezliklə dördə endirildi. Olduqca kiçik formatlı bu qəzetlər (ingilislər onları “cib dəsmalları” adlandırırdı) əhəmiyyətsiz məzmunlu materiallarla doldurduğundan onları oxuyan da çox az idi. Napoleon, misal üçün, özünün dövri mətbuatının inqilabi prinsiplərlə mübarizə aparmasını nəinki istəmirdi, o, hətta sadəcə, oxucuların belə prinsiplərin nə vaxtsa elan edildiyini xatırlaya bilməsini arzulamırdı. Məsələn, o, inqilabi ideologiyaya qarşı şiddətli mübarizə aparan, inqilabı boğduğuna görə Napoleona təriflər yağdıran alman qəzetlərinin imperiyaya gətirilməsini qadağan etmişdi. Napoleon bu qəzetlərin gətirilməsini qadağan etməklə, təbəələrinin inqilabı hətta bu yolla belə xatırlamalarını istəmirdi. İnqilabi hadisələrin adı çəkilən bütün soraq kitabçaları və topoqrafik təsvirlər qəti qadağan edilmişdi. Napoleona qədər çıxan bu cür soraq kitabçaları mətbəələrdə aparılan daimi yoxlamalar zamanı müsadirə olunurdu. Dərsliklərdə Hollandiya və İsveçrədə “haçansa” respublika olduğunu yada salmaq qadağan idi; hərçənd, Hollandiyada respublikanı Napoleon yalnız 1806-cı ildə məhv etmişdi.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)