şəms.has quoted5 years ago
Bu gün də kiçik şeylərin qədrini bilirəm. Hər gün möhtəşəm evləri, bəzən bir neçə evi, maşınları, qayıqları, daş-qaşları olan neçə adamla rastlaşıram. Sanki növbəti dəfə aldıqları əşya, nəhayət ki, onlara xoşbəxtlik və rahatlıq nəsib edəcək. Amma məni xoşbəxt etmək üçün brilyant qaşlı üzüyə ehtiyacım yoxdur. Mənə deyirlər ki, indi istədiyin hər bir şeyi almağa imkanın çatır deyə belə demək sənə asan gəlir. Lakin mən, doğrudan da, heç nə istəmirəm. Həyatda həyatın özündən başqa daha dəyərli olan yeganə nemət sağlamlıqdır. Lakin insanlar bütün mənasız şeylər üçün narahatlıq keçirərək öz qiymətli sağlamlıqlarını korlayırlar – “Oh, bax yenə işıq pulu gəldi, qaz pulu da gəldi, xərclər getdikcə artır… onların hamısını necə ödəyəcəyəm?” ABŞ dünyanın ən varlı ölkəsidir, lakin yenə də bu ölkənin vətəndaşları özlərini kasıb hesab edirlər!
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)