Vusala Mammadovahas quoted8 years ago
Honkonqda ayaqqabı istehsalçısı Sakit okeanın cənub hissəsindəki uzaq adalardan birində öz məhsulu üçün bazar olub-olmadığı ilə maraqlanır. O, adaya sifariş qəbul edən adam göndərir və həmin işçi tələsik yoxlamadan sonra teleqram göndərir: “İnsanlar burda ayaqqabı geyinmirlər. Burda bazar yoxdur”. Onun dürüstlüyünə əmin olmayan honkonqlu biznesmen adaya ticarət agentini göndərir. Həmin nümayəndə bu məzmunda teleqram vurur: “İnsanlar burda ayaqqabı geyinmirlər. Burda nəhəng bazar var”. Ticarət agentinin yalın ayaq görüntüsündən vəcdə gəldiyindən ehtiyatlanan istehsalçı bu dəfə ora üçüncü adamını, marketoloqu göndərir. Tayfa başçısı və bir neçə yerli sakinlə söhbət edən marketoloqsa belə bir məzmunda teleqram vurur: “İnsanlar burda ayaqqabı geyinmirlər. Nəticədə onların ayaqları yara-para içindədir. Mən rəhbərə bu çətinliklərdən qurtulmaqda ayaqqabının onlara böyük yardımçı olacağını söylədim. O bu xəbəri heyranlıqla qarşıladı. Rəhbərin hesablamalarına görə, insanların 70 %-i bir cüt ayaqqabıya 10$ ödəmək iqtidarındadır. Böyük ehtimalla birinci il ərzində 5000 cüt ayaqqabı sata biləcəyik.
Ayaqqabıların adaya çatdırılması və ticarətin təşkil edilməsi bir cütə 6 dollara başa gələcək. Beləcə, birinci il 20000 dollar qazanmış olacağıq ki, nəticədə kapital qoyuluşunu nəzərə almaqla, investisiya gəlirliliyi 20 % təşkil edəcək və məlum göstərici bizim adi göstəricimizdən 15 % yuxarı olacaq. Hələ mən gələcək gəlirlərdən söhbət açmıram. Zənnimcə, yubanmadan hərəkətə keçmək lazımdır”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)