b0520535726has quoted8 years ago
sizcə sevgimi var, qorxumu? Yoxsa ikisinin də olduğunu düşünürsüz? Qorxunun olduğu yerdə sevgi varmı?
Sevgiliniz sizinlə evlənmək istəməsə sevməyə davam edərsiniz? Dostlarınıza davamlı olaraq sizin onu axtardığınızı, onun sizinlə heç maraqlanmadığını dediyinizdə; sevgi var, yoxsa qarşılıq gözləmək? İllərdir böyütdüyünüz övladınız axtarmadığında və “Mənə zəng etmir, amma mən illərdir yemədim, yedirtdim” dediyinizdə sevgi var? Çox sevdiyiniz müəlliminiz sizi sinifdə qoyanda “nə anlayışsız müəllim imiş, hamı haqqında danışanda mən hər zaman onun yanında idim, dəyməzmiş” dediyinizdə sevgi var? Bu misalları artıra bilərik. Arxasında gözlənti varsa, bunun sevgi olmadığını anlamalıyıq. Bunun adı ticarətdir. Parçalanmış daxili dünyamızda; ikiliklərin olduğu yerdə və özümüzə güvənli mühit yaratmaq istədiyimiz kiçik dünyamızda sevgi kimi uca və ulu anlayışı belə maddə halına gətirir və ticarət edirik.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)