Xuraman Memmedovahas quoted5 years ago
Terrorizm, – o vaxt professor danışırdı, – həmişə qarşısına yalnız bircə məqsəd qoyur. Bu nədən ibarətdir?

– Günahsız insanları öldürməkdən, – tələbələrdən biri ehtimal etdi.

– Düz deyil. Ölüm terrorçuluğun yalnız fəsad təzahürlü məh­suludur.

– Gücü nümayiş etdirmək üçün, – başqa bir dinləyici bildir­di.

– Yox. Zəifliyin terrordan da parlaq təzahürü dünyada möv­cud deyildir.

– Qorxu meydana çıxarmaq üçün, – kimsə yerindən səsləndi.

– Məhz elədir. Bu qənaətbəxş cavabdır. Sadə dillə desək, terrorçuluğun məqsədi – qorxu və dəhşət doğurmaqdır. Bu hisslər düşmənin gücünü daxildən yeyir... kütlələrdə təlatüm doğurur. İndi isə yazın... “Terrorçuluq hiddətin təzahürü deyil. Terrorçuluq – siyasi silahdır. İnsanlar öz hökumətlərinin aciz olduğunu görəndə, liderlərinə inamı itirirlər”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)