bir nəticə çıxarmaq olmaz ki, Nyutonun qabağına çıxan hər adamı öldürməyə, ya da hər gün bazarda oğurluq etməyə haqqı vardı. Sonra... yadımdadır, mən öz məqaləmdə belə bir fikir irəli sürürəm: hamı... misal üçün, ta qədim zamandan başlayaraq, Likurqlara, Solonlara, Məhəmmədlərə, Napoleonlara və sairəyə qədər yeni qanun qoyan, cəmiyyəti yenidən təşkil edən şəxslər elə bircə ona görə cani idilər ki, onlar yeni qanun qoymaqla cəmiyyət tərəfindən müqəddəs hesab edilən, ata-babadan qalmış qədim qanunları pozurdular, hətta