İrade Allahverdiyevahas quoted7 years ago
Alış-verişin, bəzənib-düzənməyin, açıq havada gəzməyin bu boşluğu doldura bilməyəcəyini anlamaq, doğrudanmı, bu qədər çətindir?!
— Bağışla, canım, oyatdım səni? – Dəstəkdən anasının əsəbi səsi eşidildi. Hər səhər zəng vurur. Qızının daha bir tənha gecədən sağ çıxdığına əmin olmaq istəyir. Oyatmağa qorxur, amma yenə də zəng vurur və hər dəfə də Hollinin səsini eşidib rahat bir nəfəs alır.
— Yox-yox, narahat olma, eləcə mürgüləyirdim. – Hər dəfəsində eyni cavabı verir.
— Atanla Deklan getdilər. Mən də elə hey fikirləşirəm ki, görən, sən necə oldun?
Bu şəfqət dolu səsdən niyə hər dəfə gözləri dolur axı?! Anasının qayğılı üzü, çatılmış qaşları, qırış kəsmiş alnı gəldi gözünün qabağına. Amma halı yaxşılaşmadı, əksinə, daha da pisləşdi. Anasının nədən belə əndişələndiyi, özünün başına gələnlər düşdü yadına. Amma bu baş verməməli idi! Cerri indi onun yanında olmalı, anasının qeybətlərinə qulaq asıb qurtarana qədər şitlik eləyib onu güldürməli idi. Belə vaxtlarda gülməkdən özünü saxlaya bilməyən Holli dəstəyi ərinə verər, o isə heç nə olmamış kimi qayınanası ilə danışmağa başlardı. İndi də o başlardı şitliyə – üz-gözünü əyişdirib çarpayının yanında hoppanar, amma Cerrinin heç tükü də tərpənməzdi.
Holli eşitdiklərinin mahiyyətinə varmadan, mexaniki cavab verirdi anasının suallarına.
— Elə yaxşı hava var ki, Holli. Çıx, bir az gəz, sənə bayırda olmaq lazımdı.
— Hmmm, elədi...
Sən demə, bütün problemlərin həlli bu qədər asanmış. – Ya da istəyirsən mən bir azdan zəng vurum, söhbət eləyək.
— Lazım deyil, ana, sağ ol. Mən yaxşıyam. Sükut.
— Elədisə... Fikrini dəyişsən mənə zəng elə. Bütün gün evdə olacağam.
— Yaxşı.
Yenə sükut.
— Yenə də çox sağ ol.
— Yaxşı... Özünü qoru, canım. – Qoruyaram.
Holli dəstəyi yerinə qoymaq istəyirdi ki, yenə anasının səsi gəldi:
— Oy, Holli, az qala yadımdan çıxmışdı. Sənə məktub var burda, yadındadır, demişdim? Bəlkə gəlib götürəsən? Mətbəxdə, stolun üstündədir. Neçə həftədir gəlib bəlkə vacib məktubdur?
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)