Vusala Mammadovahas quoted8 years ago
Reklamın yaradılması üzərində necə işləməli? Siz reklamın “beş M”i üzrə qərar qəbul eləməlisiniz. Bunlar missiya, xitab, informasiya vasitələri, pullar və ölçü üsuludur (mission, message, media, money, measurement).
Reklamın missiyası məlumatlandırma, inandırma, xatırlatma və ya nəyi almaq barədə verilmiş qərarın möhkəmləndirilməsi ola bilər. Yeni məhsul buraxarkən istehlakçıları məlumatlandırmalı və inandırmalısınız. Əgər məhsul çoxdan bazardadırsa – məsələn, koka-kola kimi – hər dəfə onun barəsində xatırlatma aparmağa can atmalısınız. Məhsulu ilk dəfə əldə edən müştərini düzgün seçim etdiyinə inandırmalısınız.
Xitab markanın fərqli dəyərini söz və təsvir sayəsində çatdırmalıdır. İstənilən xitab növbəti altı maddə üzrə məqsədli auditoriyada testdən keçirilməlidir.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)