Tuqay Abdullazadəhas quoted5 years ago
Geriyə nəzər salıram. Uillin ölümündən sonra ilk doqquz ayı sanki yuxuda idim. Birbaşa Parisə getdim. Evə qayıtmadım, özümü tam azad hiss edirdim. Uill mənə öyrətdiyi kimi. Barda iş tapdım. Mühacirlər üçün olan barda. Orada mənim fransız dilini çox zəif bilməyimə fikir verən olmadı. Getdikcə yavaş-yavaş fransız dilini öyrənməyə başladım. “Middle Eastern” restoranı yaxınlığında çardaqlı binada kiçik bir otaq kirayə etdim. Gecələr sakitcə yerimdə uzanır, yoldan keçən sərxoşların səs-küyünə qulaq asırdım. Səhər erkən durub çatdırılma ilə məşğul olanların maşın səslərini dinləyirdim. Hər gün mənə elə gəlirdi ki, öz həyatımı yox, başqasının həyatını yaşayıram.
Həmin doqquz ayda mənə elə gəlirdi ki, dərimin bir qatını itirmişəm. Hər şeyi daha tez hiss edirdim. Gülüş səsi, yaxud qışqırıq səsi eşidən kimi oyanırdım. Təzə növ yeməklər yeyir, yad küçələrdə gəzirdim. Adamlarla öz dilimdə danışmırdım. Hərdən Uill gözümə görünürdü. Onun gözlərini görürdüm, səsini qulaqlarımda eşidirdim.
Klark, bu barədə fikrin nədir?
Sənə dedim axı, bunu bəyənəcəksən.
Bunu ye! Dadına bax! Davam et!
Gündəlik rejimim üzrə hərəkət etmədiyimə görə özümü “itmiş” hesab edirdim. İki
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)