Şəhriyar Həsənhas quoted7 years ago
Sara xatun o birisi gəlinlər kimi Dəspinə xatunun onun əlindən öpməsinə icazə vermirdi. Bilirdi ki, o, imperator qızıdır. O, heç kimə əyilməz. Özü də onu əymək istəməmişdi. Yaxınlaşıb onun da alnından öpdü. Yumşaq, ipək üzlü pərqu döşəkcənin üstündə oturdu.
— Əyləş, qızım, — dedi. Amma onun gözəlliyinə hələ də heyran-heyran baxmaqda idi. “O birisi gəlinlər oğlumdan narazı qalarlar da. Belə gözəldən kim ayrılar.”
Dəspinə xatun da oturdu.
— Sən imperator qızısan. İndi də olursan imperator zövcəsi. Amma, qızım, hökmdar zövcəsi gərək hər bəd xəbərə dözümlü olsun.
— Nə olub?
— Heç nə olmayıb. Ola bilər.
— Nə?
— Biz həqiqətin gözünə dik baxmalıyıq. Sirr həmişə bizdə olmalıdır. Onu özgələri bilməyə də bilər. Taleyin hökmü sabah oxunacaq. Ya biz olacayıq, ya da... Teymur nəvəsi Sultan Əbu Səid ərini ölüm-dirimə çağırır. Allah kimə verə, verə. Güc onun tərəfindədir. Sabah oğlum döyüşdə uduzsa, biz hamımız əsir oluruq.
— Yox, ana, mən əsir olan deyiləm.
— Sağ ol, qızım. Çingizlə Xarəzmşah Sultan Cəlaləddin vuruşanda, Cəlaləddin bundan da ağır bir gündəydi. Qarşısında Çingiz ordusu, arxasında da Hind çayının sıldırım sahilləri. Hərəmləri ələ düşməsin deyə hamısını özü çaya atdı. Özü da atla tullandı. Özünün əcəli çatmayıbmış, at üzüb çıxdı. Hərəmləri suya qərq oldu. Bura Qarabağdı, Hərami düzüdür. Burada çay Arazdı, o da bir az aralıdı.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)