b5100845609has quoted8 years ago
Yoqanın vəzifəsi insanı varlığına mane olan daxili keyfiyyətlərdən azad etməkdir. Əsrlər boyu müxtəlif ideyaların təmsilçiləri insanın açıq-aşkar doğulandan bəri əsiri olduğu qüsurlu vəziyyətinə müxtəlif izahlar tapıblar. Daoistlər buna tənasübsüzlük, buddistlər isə cahillik adını verir. İslama görə bədbəxtliyin səbəbi insanın Allaha itaətsizliyidir. Yəhudi-xristian dininə görə isə bütün insan əzabları ənənəvi olaraq ilk günahla əlaqələndirilir. Freydistlər bədbəxtliyin bizim və sivilizasiyanın ehtiyacları arasındakı toqquşmanın qaçılmaz nəticəsi olduğunu deyirlər (Psixoloq dostum Deboranın izah etdiyi kimi: “İnsana aid olan ən böyük çatışmazlıq cinsi istəklərdir”). Yoqlar isə deyirlər ki, bədbəxtliyin əsas səbəbi insanların özlərini düzgün dərk etməməsidir. Əzab çəkirik, çünki qorxuların, qüsurların, incikliyin və ölümün təkcə bizə aid olduğunu düşünürük. Kiçik, məhdud eqolarımızın bütün varlığımızı təşkil etdiyini güman etməklə yanılırıq. Biz daha dərinlikdəki ilahi təbiətimizi tanımaqla bağlı məğlubiyyətə uğramışıq. Hamımızın daxilində əbədi olaraq sülh içində yaşayan “ali mən”in doğrudan da mövcud olduğunun fərqində deyilik. Bu ali mən bizim universal və ilahi olan əsl şəxsiyyətimizdir. “Bu həqiqəti dərk edənə qədər, – yoqlar deyirlər, – daim ümidsizlik içində olacaqsan”. Bu ideyanı stoizm fəlsəfəsinin tərəfdarı olan Epiktet həqarətli şəkildə çox gözəl ifadə eləmişdir: “Zavallı insan, Tanrı sənin içindədir. Sən isə bunu bilmirsən”.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)