b0497577606has quoted8 years ago
54 fəsil

TDM-in patrulu bütün binanın perimetri üzrə dolanan çınqıl tökülmüş cığırla var gücü ilə qaçırdı. O, mühafizə postundan indicə zəng qəbul etmişdi: kim isə Beşinci Bölmənin qapısını dağıdıb və xəbərdarlıq sistemi sürüşən qapının da açıq olduğunu göstərirdi.
“Orada nə baş verir?”
Lazım olan yerə çatan patrul divarın həqiqətən də yarıaçıq olduğunu gördü.
“Qəribədir. Onu yalnız içəridən yana çəkmək olar”.
Fənəri yandırdı və bölmənin mürəkkəb rəngli qaranlığına işıq saldı. Boşdur. Naməlumluğa getmək istəyi qətiyyən yox idi, buna görə də mühafizəçi yalnız addım atıb kandardan keçdi və fənərin işığını əvvəl bir tərəfə, sonra da o biri...
Gözəgörünməz qüvvə onun biləyindən yapışdı, çəkib qara ənginliyə sürütlədi və yerində fırlatdı. Fənər əlindən çıxdı və mühafizəçi nə baş verdiyini dərk etməmiş, daş kimi yumruq sinəsinə möhürləndi. O inilti ilə döşəməyə çökdü... İri qara kölgə kənara addım atdı və qaranlıqda gözdən itdi.
Patrul xırıldaya-xırıldaya və boğula-boğula uzanmışdı. Fənər düşüb böyründə qalmışdı və işığı qaranlıqda hansısa metal qabın üstünə düşürdü. Qabın etiketində “Bunzen plitəsi üçün yağ” yazılmışdı.
Alışqan çıqqıldadı və narıncı alov nəyi isə... insan olmayanı işıqlandırdı.
“Aman Tanrı!”
Mühafizəçi nə baş verdiyini heç başa düşməyə də macal tapmadı: qurşağa qədər çılpaq qəribə varlıq əyildi və odu döşəməyə yaxınlaşdırdı.
Həmin saniyədəcə alov zirəkliklə onlardan uzaq, qaranlığa qaçdı. Patrul çaşqınlıqla geri boylandı, lakin varlıq artıq yarıqdan keçmişdi və bayıra çıxmışdı.
Özünü məcbur edib oturdu və ağrıdan üz-gözünü qırışdıra-qırışdıra nəzərləri ilə alov zolağını izlədi.
“Bu nədir belə, lənət şeytana?”
Bu cür nazik bulaqdan yanğın törənə bilməz. Bu vaxt patrul qorxunc nə isə gördü. İndi alov yalnız boşluğu işıqlandırmırdı – ondan uzaqdakı divara çatan alov şlakbloklardan inşa olunmuş iri tikilinin konturlarını cızmışdı. Beşinci Bölməyə heç kimi buraxmırdılar, lakin patrul bunun nə olduğunu bilirdi.
“Kub. Ketrin Solomonun laboratoriyası”.
Alov birbaşa giriş qapısına tərəf cumdu. Alov bulağının tamamilə dəqiq ki, içəriyə getdiyini... və tezliklə laboratoriyada yanğın başlayacağını gözəl başa düşən mühafizəçi bir təhər ayağa qalxdı. Lakin o elə kömək dalıyca qaçmaq istəyirdi ki, böyründən çox güclü hava axını uçdu.
Gur parıltı qısa an ərzində Beşinci Bölməni işıqlandırdı.
Patrul, alov kürəsinin damı deşib keçərək göyə necə şığıdığını artıq görmədi. Titan barmaqlıqların çiliklərinin, elektron avadanlığın və qoloqrafik toplayıcıların ərimiş damlalarının göydən axan yağışını da görmədi.
Ketrin Solomon şimal istiqamətində şütüyürdü. Arxa görünüş güzgüsündə birdən gur işıq sayrışdı və alçaqdan qorxunc gurultu gecə havasını silkələdi.
“Atəşfəşanlıq? – heyrətləndi. – Taymlar arasındakı fasilədə “Redskinz” şou nümayiş etdirir?”
Ketrin bir neçə dəqiqə qabaq yanacaqdoldurma məntəqəsindən “Xilasetmə Xidməti”nə etdiyi zəng haqqında əvvəlki kimi fikirləşə-fikirləşə, diqqətini yola cəmlədi.
Assistenti Triş Dannı tapmaq və bədəninə tatuay döyülmüş qatili həbs etmək üçün TDM-ə polis göndərməyə dispetçeri dilə tuta bildi. Üstəlik də, Ketrin doktor Avaddonun mülkünü yoxlamağı xahiş etdi – Piter orada gizlədilə bilərdi.
Əfsus, Robert Lenqdonun nömrəsi məlumat kitabçalarında qeyd olunmurdu və Ketrin nömrəni öyrənə bilmədi. Başqa çıxış yolu yox idi: maşını Konqres Kitabxanasına sürmək lazım gəldi – orada görüşməyi danışmışdılar.
Bugünkü qorxunc kəşf hər şeyi dəyişmişdi. Doktor Avaddonun kim olduğunu aydınlaşdıran Ketrin indi nəyə inanacağını daha bilmirdi. Yalnız bir şeydə əmin idi: anasını və qardaşı oğlunu öldürən adam, qardaşını oğurlayıb və onun arxasınca gəlib.
“Bu havalanmış kimdir axı? Ona nə lazımdır?”
Yeganə cavab hər cür mənadan məhrum idi.
“Piramida?”
Və Avaddonun laboratoriyaya nə üçün gəldiyi də aydın deyil. Əgər o, öldürmək istəyirdisə, nə üçün bunu öz evində etməmişdi? Başqasının telefonundan esemes göndərib və TDM-ə yalanla girməklə nə üçün risk edirdi?
Qəfildən arxa görünüş güzgüsündə atəşfəşanlıq daha da gurlaşdı və birinci parıltının ardınca gözlənilməz mənzərə meydana çıxdı: ağacların üzərində çox böyük od kürəsi qalxdı.
“Bu nədur belə?!”
Kürənin ardınca qara tüstü qalxdı... elə futbol stadionu da başqa səmtdə idi. Ketrin meşənin o biri tərəfində... yoldan cənubi-şərq istiqamətdə hansı müəssisələrin olduğunu yadına salmağa çalışdı.
Və bu vaxt ona vəhy gəldi.
  • unavailable
  • Join or log in to comment
    fb2epub
    Drag & drop your files (not more than 5 at once)